"Səbail"in müdafiəçisi Adil Nağıyev klubun rəsmi saytına açıqlamasında debütünü dəyərləndirib. Matc.az xəbər verir ki, yeni transfer I turda "Zirə" üzərində qazanılan qələbə barədə danışıb.

"Səbail"in 1:0 hesabı ilə qalib gəldiyi görüşün 43-cü dəqiqəsində mübarizəyə qoşulan Nağıyev bunun davamının gələcəyinə inanır: "Komandada əhval-ruhiyyə yüksəkdi. Debüt oyunumda 3 xal qazanmağımızdan çox məmnunam. İnanıram ki, bu mövsüm komandamız üçün çox uğurlu olacaq".

Qeyd edək ki, "Səbail" II tur çərçivəsində avqustun 24-də "Sumqayıt"ın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest