“Ötən ilki itkini də örtmək istədik. Artıq Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin etsək də, hələ Çempionlar Liqasına davam edirik. Növbəti rəqibimizin kim olmasından asılı olmayaraq, tapşırığın öhdəsindən gəlmək çətin olacaq"

Kiprin APOEL klubunun prezidenti Prodromos Petridis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra klubun rəsmi saytına danışıb.

“Bu, böyük dönüş idi. İlk matç bitdikdən sonra təkrarı izlədik, oyunçularla söhbətlər etdik. Onlar da uğura inandıqlarını, buna nail olmaq istədiklərini bildirdilər. Biz baş məşqçini, psixologiyanı və oyun tərzimizi dəyişdik. Futbolçulardan tam güclərini ortaya qoymalarını istədim. Vəzifə çətin olsa da, APOEL bunu yenidən etdi və əla bir uğura nail oldu” - deyə, Petridis bildirib.

APOEL prezidenti ÇL-də pley-offa yüksəlməyin maliyyə baxımından da onlar üçün vacib olduğunu vurğulayıb: “Ötən ilki itkini də örtmək istədik. Artıq Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin etsək də, hələ Çempionlar Liqasına davam edirik. Növbəti rəqibimizin kim olmasından asılı olmayaraq, tapşırığın öhdəsindən gəlmək çətin olacaq. Amma biz sonadək mübarizə aparacağıq, əlimizdən gələni etməyə çalışacağıq. İlk oyunda yaxşı nəticə əldə etmək üçün bütün APOEL fanatlarını GSP stadionuna çağırıram”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest