"Liverpul" daha bir itki ilə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Deyan Lovren sıradan çıxıb.

Səhhətində problem yaranan Xorvatiya millisinin üzvü bu üzdən Avropa Superkuboku üçün aparılan heyətə salınmayıb. O, "çelsi" ilə sabah İstanbulda keçiriləcək qarşılaşmanı buraxmalı olacaq.

Qeyd edək ki, "Liverpul"un əsas qapıçısı Alisson Bekker də zədəli olduğu üçün Superkuboku buraxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest