Bu qarşılaşma ayın əvvəllərində oynanılmalı idi. Lakin yığmanın beynəlxalq arenada və "Qarabağ"ın Avropa Liqasındakı oyunu ilə əlaqədar PFL matçı təxirə salmışdı.

Sabah Topaz Premyer Liqasında bir oyun keçiriləcək. Matç.az saytının məlumatına görə, VII turdan təxirə salınmış görüşdə "Keşlə" ilə "Qarabağ" üz-üzə gələcək.

Bu qarşılaşma ayın əvvəllərində oynanılmalı idi. Lakin yığmanın beynəlxalq arenada və "Qarabağ"ın Avropa Liqasındakı oyunu ilə əlaqədar PFL matçı təxirə salmışdı.

Bu oyun hər iki komanda üçün böyük önəm kəsb edir. Son çempion Premyer Liqada ardıcıl iki məğlubiyyətlə liderdən 6 xal geri qalıb. "Səbail"ə texniki məğlubiyyətin ardından "Neftçi"yə də uduzan Qurban Qurbanovun yetirmələri bu fərqi 3-ə endirmək niyyətindədi. Əks təqdirdə, çempionluq titulunu qorumaq daha da çətinləşəcək.

Autsayderlər zonasında qərarlaşan "Keşlə" isə yeni baş məşqçinin rəhbərliyi altında ilk matçıan çıxacaq. Uğursuz çıxışın yekununda Mladen Milinkoviçlə yollarını ayıran paytaxt təmsilçisi bu gün Tərlan Əhmədova tapşırılıb. Yeni çalışdırıcı cəmi bir məşqdən sonra komandanı oyuna çıxarmalı olacaq. Əhmədov uğurlu debüt etmək niyyətində olsa da, bu, heç də asan başa gəlməyəcək. çünki rəqib son çempion və avrokubokların iştirakçısı olan komandadı.

Topaz Premyer Liqası
VII turdan təxirə salınan oyun
31 oktyabr (çərşənbə)

19:00. "Keşlə" – "Qarabağ"
"ASK Arena". Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Mahir Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest