Olimpiadada çıxış edəcək güləşçilərimiz Tokioya yollandı
Bu gün isə komandalarımız Yaponiyaya yollanıb. Bakı vaxtı ilə saat 16:45-də nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Aeroportundan İstanbula yola düşüb. Təmsilçilərimiz sabah İstanbul - Tokio marşrutu üzrə hərəkət edəcək və yerli vaxtla saat 19:20-də Yaponiyaya çatmaları gözlənilir.