01 Oktyabr 2025, 20:30
FUTBOL
Qurban Qurbanov Liqa mərhələsinin II turunun "Kopenhagen"lə oyunundan öncə Türkiyənin "TRT Spor" kanalına açıqlama verib.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunun "Kopenhagen"lə oyunundan öncə Türkiyənin "TRT Spor" kanalına açıqlama verib.
Matc.az xəbər verir ki, mütəxəssis ötən gün "Liverpul"a qalib gələn (1:0) "Qalatasaray"ı təbrik edib:
"Bu axşam gözəl oyun göstərmək və yaxşı nəticə qazanmaq istəyirik. Bütün "Qalatasaray" azarkeşlərini təbrik edirəm. Dünən möhtəşəm qələbə qazandılar. Hamımız sevindik".












