01 Oktyabr 2025, 20:21
FUTBOL
"Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur "Spurs"la müqaviləsini uzatmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Football.london" paylaşıb.
Bildirilir ki, futbolçunun müqaviləsinin uzadılması klub üçün prioritet məsələdir.
Qeyd edək ki, Bentankur bu mövsüm bütün yarışlarda 9 oyun keçirib, lakin qol vura bilməyib. Onun "Tottenhem"lə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.












