"Roma"nın keçmiş baş məşqçisi Daniele De Rossi A Seriyasında çıxış edən klublardan birində iş təklif oluna bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat yayıb.

Bildirilir ki, "Roma"nın sabiq kapitanı ilə "Torino" maraqlanır. Klub rəhbərliyi mövsümə uğursuz start verərək, beş matçda cəmi 4 xal qazanan baş məşqçi Marko Baroni ilə yolları ayırmağı düşünür.

De Rossi ilə yanaşı, son klubu "Palermo" olan Alessio Dionisi də bu vəzifəyə iddialıdır.

Xatırladaq ki, Daniele De Rossi 2024/25 mövsümünün əvvəlində "Roma"dan qovulandan bəri işsizdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest