"Barselona"nın müdafiəçisi Alexandro Balde Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda PSJ-yə qarşı oyna hazır olacaq.

Matc.az xəbər verir ki, Bbu barədə katalonların mətbuat xidməti məlumat yayıb.

Sentyabrın əvvəlində ispaniyalı futbolçu zədələnmişdi. Balde ötən mövsüm də səhhətinə görə "Barselona"da matçlar buraxmışdı. Bu dövr ərzində müdafiəçi cəmi üç oyunda meydana çıxıb.

Qeyd edək ki, "Barselona" - PSJ matçı bu gün saat 23:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest