01 Oktyabr 2025, 17:11
FUTBOL
"Liverpul" "Real"In heyətinə qatmağa çalışdığı İbrahima Konateni komandada saxlamaq istəyir.
Matc.az xəbər verir ki, bu barədəd "Lequipe" nəşri məlumat yayıb.
İngiltərə klubu Fransa millisinin üzvü ilə yeni sözləşmə barədə danışıqlar aparır. Mersisayd təmsilçisi 26 yaşlı mərkəz müdafiəçisinin gələn il azad agent statusu ilə klubu tərk etməsini istəmir.
Qeyd edək ki, İbrahima Konete bu mövsüm "Liverpul"un heyətində 9 oyunda meydana çıxıb.












