01 Oktyabr 2025, 15:18
FUTBOL
"Bavariya" "Liverpul"un transfer siyahısında yer alan Maykl Oliseni komandada saxlamaq istəyir.
Matc.az xəbər verir ki, Bundesliqa nəhəngi fransalı vingerin müqaqviləsinin müddətini uzatmağı planlaşdırır. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Münhen təmsilçisi Olise ilə danışıqlara başlamağa hazırlaşır. Klub 23 yaşlı futbolçunun maaşını da artırmağı düşünür.
Qeyd edək ki, Maykl Olise bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 14 oyunda 8 qol vurub, 8 qol ötürməsi edib.












