"Napoli" heyətinə yeni müdafiəçi cəlb edib.

Matc.az xəbər verir ki, İtaliya çempionu "Bolonya"dan Sem Byokemanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Napoli" niderlandlı futbolçu üçün onun klubuna 31 milyon avro təzminat ödəyib. 26 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sem Byokeman ötən mövsüm "Bolonya"nın heyətində keçirdiyi 47 oyunda 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest