"Roma" heyətinə yeni futbolçu cəlb edib.

Matc.az xəbər verir ki, İtaliya təmsilçisi "Lans"dan Neyl El Aynauini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Roma" mərakeşli yarımmüdafiəçi üçün Fransa klubuna 23+2 milyon avro təzminat ödəyəcək. 24 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Neyl El Aynaui ötən mövsüm "Lans"ın heyətində keçirdiyi 26 oyunda 8 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest