21 İyul 2025, 10:57
FUTBOL
Futbol üzrə Polşa çempionatında 2025/2026 mövsümünə start verilib.
Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Motor" doğma meydanda "Arka"nı qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Renat bu matçda yeni komandasının heyətində debüt edib. 26 yaşlı forvard 46-cı dəqiqədə oyuna girib. O, 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, Renat Dadaşov "Motor"la 1 illik müqavilə imzalayıb.

_1762351323.jpg)





_1762343284.jpg)




_1692637766.png)