"Atletiko"nun mərkəz yarımmüdafiəçisi Saul Niqes karyerasını Türkiyədə davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, 30 yaşlı ispaniyalı Madrid klubu ilə daha bir il qüvvədə olan müqaviləyə xitam verəcək. Bundan sonra Niqes azad agent kimi "Trabzonspor"un futbolçusu olacaq.

Artıq yarımmüdafiəçi ilə Türkiyə klubu arasında müqavilə razılaşdırılıb.

Qeyd edək ki, ötən mövsüm o, "Sevilya"da icarə əsasında çıxış edib. O müddət ərzində Niqes 26 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest