20 İyul 2025, 18:34
FUTBOL
"Porto"nun yarımmüdafiəçisi Qonçalo Borqes "Feyenoord"a keçib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Niderland klubunun rəsmi saytı paylaşıb.
Bildirilir ki, transferin dəyəri 9 milyon avro təşkil edib. Müqavilə 30 iyun 2029-cu il tarixinədək imzalanıb.
Qeyd edək ki, 24 yaşlı portuqaliyalı "Benfika"nın yetirməsi olsa da, 14 yaşında "Porto"ya keçib. O, "əjdahalar"ın əsas heyətində 88 oyun keçirib, 2 qol vurub, 10 məhsuldar ötürmə edib.