"Real"ın braziliyalı vingeri Rodriqo Qoes karyerasını "Barselona"da davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "beIN Sports" məlumat yayıb.

Bildirilir ki, Xabi Alonsonun komandaya keçməsindən sonra Rodriqonun "Real"dakı gələcəyi sual altındadır. Braziliyalının növbəti mövsüm Madrid klubunda daha az oyun keçirməsi riski var.

"Barselona" bundan yararlanmağa çalışır. Kataloniyalılar artıq Rodriqonun nümayəndələrinə "Real"dan ayrılmağa qərar verərsə, onunla müqavilə bağlamaqda maraqlı olduqlarını bildiriblər.

Rodriqonun xidmətində "Barselona"dan başqa, "Liverpul" və PSJ də maraqlıdır.

Qeyd edək ki, Rodriqonun "Real" ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub və onun transfer dəyəri 90 milyon avro qiymətləndirilir. Ötən mövsüm 24 yaşlı braziliyalı bütün turnirlərdə 54 matçda 14 qol vurub və 11 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest