20 İyul 2025, 17:08
FUTBOL
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Portuqaliyaya qayıtmağı planlaşdırdığını bildirib.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis vətəninə karyerasının zirvəsində qayıtmaq istədiyini deyib.
"Əlbəttə, Portuqaliyada işləməyə qayıdacağam. Bu, hələ baş verməyib, amma olacaq. Həm də ona görə yox ki, karyeramın sonunun yaxınlaşdığını hiss edirəm. Bundan uzağam.
Karyeramın son illərinə görə Portuqaliyaya getmək istəmirəm. Mən Portuqaliyada karyeramın zirvəsində - sağlam, fiziki və əqli cəhətdən güclü olmaq istəyirəm. Mən mütləq qayıdacağam", - deyə məşqçi bildirib.
Qeyd edək ki, Mourinyo məşqçilik karyerasına Portuqaliyada başlayıb. O, 2000-2004-cü illərdə "Benfika", "Leiria" və "Porto"da çalışıb.