"Vest Hem" müdafiəçi Kayl Piter-Uolkersi transfer etdiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, imzalanmış müqavilənin şərtləri məlum deyil və transferin özü azad agent əsasında həyata keçirilib, çünki ingilis futbolçu iyulun 1-də azad agentə çevrilib.

Qeyd edək ki, Piter-Uolkers "Tottenhem"in yetirməsidir. 2020-ci ildən müdafiəçi bu mövsüm Premyer Liqanı tərk edən "Sauthempton"un rənglərini qoruyub. Bu müddət ərzində Kayl 202 matçda meydana çıxıb, 7 qol vurub və 12 məhsuldar ötürmə verib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest