Bildirilir ki, klub satışlardan təxminən 10 milyon avro qazanıb.

"Barselona" Lamin Yamalın formasının nömrəsini 10-a dəyişdirdikdən sonra 24 saat ərzində 70 min köynək satıb və bu, Kataloniya klubu üçün yeni rekord olub.

Matc.az xəbər verir ki, bu barədə "COPE" məlumat yayıb.

Bildirilir ki, klub satışlardan təxminən 10 milyon avro qazanıb. Kommersiya uğuru "Barselona"nın bütün proqnozlarını üstələyib. Yamalın 10 nömrəli köynəkləri 170-dən çox ölkəyə göndərilib.

Bu, "Barselona"nın keçmiş hücumçuları Lionel Messi və Neymarın rəqəmlərini geridə qoyaraq, klub tarixində bir gündə ən çox köynək satışı olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest