20 İyul 2025, 13:29
FUTBOL
"Mançester Yunayted"in hücumameyilli yarımmüdafiəçisi Ceydon Sanço "Yuventus"a keçməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
Futbolçunun özü artıq İtaliya klubu ilə 4 illik müqavilə və mövsümə 6 milyon avro maaşla razılaşıb.
Xatırladaq ki, Ceydon Sanço 2021-ci ilin yayında "Mançester Yunayted"ə keçib. Onun satışından Dortmund "Borussiya"sı 85 milyon avro qazanıb.