20 İyul 2025, 13:00
FUTBOL
"Bavariya" Luis Diası almaq üçün "Liverpul"a yeni təklif göndərmək niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında Fabrisio Romano paylaşıb.
Bildrilir ki, Münhen klubu Diası ala bilməyəcəyi təqdirdə "Lion"un 20 yaşlı vingeri Malik Fofananı transfer siyahısına əlavə edib. Alman nəhənginin Fofananın transferi ilə bağlı mümkün sövdələşmənin şərtlərini öyrənmək üçün klubu ilə əlaqə saxladığı vurğulanır.
Qeyd edək ki, ötən mövsüm "Lion"un hücumçusu bütün turnirlərdə 41 matçda iştirak edib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib. 20 yaşlı vingerin klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi hesablanıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 30 milyon avrodur.