20 İyul 2025, 12:05
FUTBOL
"Liverpul" "Ayntraxt"ın hücumçu Uqo Ekitike ilə anlaşıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Athletic" yayıb.
Transferin yaxın 48 saat ərzində başa çatdırılması gözlənilir.
"Mersisaydlılar" 23 yaşlı fransalı hücumçu üçün 90 milyon avro və əlavə bonuslar təklifi irəli sürüb.
Əgər bütün bonuslar ödənilsə, Ekitikeyin satışı "Ayntraxt" üçün rekord sayılacaq. Bu, 2023-cü ilin sentyabrında Randal Kolo Muaninin PSJ-yə 95 milyon transferini keçəcək.
Qeyd edək ki, Ekitike əvvəlcə "Ayntraxt"a 2024-cü ilin qışında PSJ-dən icarə əsasında keçib, almanlar həmin ilin yayında futbolçunu 16,5 milyon avroya alıb.