20 İyul 2025, 11:17
FUTBOL
"Real" Luka Modriç və Lukas Vaskesin gedişindən sonra yeni kapitanı və üç vitse-kapitanı ilə bağlı qərar verib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı AS məlumat yayıb.
Bildirilir ki, Dani Karvaxal meydanda yeni lider təyin edilib, Vinisius Junior, Tibo Kurtua və Federiko Valverde isə onun "müavinləri" olublar.
Qeyd edək ki, 33 yaşlı Karvaxal 2013-cü ildən Madrid klubunda çıxış edir və bu müddət ərzində bütün turnirlərdə 428 oyun keçirib, 14 qol vurub, 65 məhsuldar ötürmə verib.