"İnter Mayami"nin 38 yaşlı argentinalı hücumçusu Lionel Messi növbəti dəfə penaltilər istisna olmaqla qol sayına görə rekordçu olub.

Matc.az xəbər verir ki, Messi bu göstəricidə portuqaliyalı hücumçu və "Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldonu geridə qoyub.

"İnter Mayami"nin səfərdə "Nyu York Red Bulls"u məğlub etdiyi (5:1) oyunda Messi iki qol vurub və bir məhsuldar ötürmə edib.

Qeyd edək ki, 38 yaşlı forvardın penaltilər istisna olmaqla karyerasında 764 qolu var, Ronaldonun isə 763.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest