Fransanın "Lion" klubunun yarımmüdafiəçisi Jordan Veretout karyerasını Qətərin "Əl-Ərəbi" klubunda davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.

Bildirilir ki, 32 yaşlı fransızın transferi artıq razılaşdırılıb. Çox güman ki, Veretout "Əl-Ərəbi"yə pulsuz keçəcək. Onun "Lion"la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, Veretout ötən mövsüm "Lion"da 38 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest