19 İyul 2025, 20:25
FUTBOL
"Turan Tovuz" bu gün Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Matc.az xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyə I Liqa təmsilçisi "Çorum"la qarşılaşıb.
Görüş 1:1 hesabı ilə yekunlaşıb. Tovuz təmsilçisinin qolunu 37-ci dəqiqədə Roderik Miller vurub.
Qeyd edək ki, "Turan Tovuz"un Bolu toplanışı 6 avqustadək davam edəcək. Komanda Türkiyədə daha 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.