19 İyul 2025, 17:24
FUTBOL
Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq "İmişli" ilk yoxlama oyununu keçirib.
Matc.az xəbər verir ki, bölgə təmsilçisi "Araz-Naxçıvan"ın əvəzedici komandası ilə qarşılaşıb. Matç "İmişli"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "İmişli" yay toplanışı çərçivəsində növbəti hazırlıq matçlarında “Sumqayıt”, “Karvan”, “Qəbələ”, “Şəfa”, “Şamaxı” və “Sabah 2” ilə də qarşılaşacaq.