19 İyul 2025, 16:36
FUTBOL
"Lids Yunayted" heyətini yeni oyunçu ilə gücləndirəcək.
Matc.az xəbər verir ki, Premyer Liqaya yüksələn kollektiv "Hoffenhaym"dan Anton Staxın keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Lids Yunayted" almaniyalı yarımmüdafiəçi üçün onun klubuna 20 milyon avro ödəyəcək. 26 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Anton Stax ötən mövsüm "Hoffenhaym"ın heyətində 39 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.