19 İyul 2025, 16:14
FUTBOL
"Real" Tibo Kurtuadan sonra daha bir futbolçusu ilə yeni müqavilə barədə razılıq əldə edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Kral klubu" Brahim Diasla ortaq məxrəcə gələ bilib. Yaxın günlərdə mərakeşli vingerlə yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, Brahim Dias ötən mövsüm "Real"ın heyətində keçirdiyi 56 oyunda 6 qol vurub, 8 qol ötürməsi edib.