19 İyul 2025, 14:59
FUTBOL
"Monako"nun müdafiəçisi Vilfred Sinqo Türkiyə Super Liqasında çıxış edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "A Spor" televiziyası məlumat yayıb.
"Qalatasaray" Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir. "Sarı-qırmızılar" artıq 24 yaşlı mərkəz müdafiəçisi üçün Fransa klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Vilfred Sinqo ötən mövsüm "Monako"nun heyətində keçirdiyi 35 oyunda 3 qol vurub, 3 qol ötürməsi edib.