Orkun Kökçünü "Beşiktaş"a satan "Benfika" onun yerinə yeni oyunçu gətirib.

Matc.az xəbər verir ki, Portuqaliya klubu "Aston Villa"dan Entso Barreneçeanı icarəyə götürüb.

"Benfika" argentinalı yarımmüdafiəçi üçün 3 milyon avro icarə haqqı ödəyəcək. Lissabonlular 12 milyon avro ödəməklə futbolçunun transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, Entso Barreneçea ötən mövsüm icarə əsasında "Valensiya"da çıxış edib. 24 yaşlı futbolçu La Liqa təmsilçisinin heyətində keçirdiyi 32 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest