17 İyul 2025, 16:19
DİGƏR
Norveçin tanınmış xizəkçisi, 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarının bürünc medalçısı Audun Qronvold faciəvi şəkildə həyatını itirib.
Matc.az xəbər verir ki, 49 yaşlı idmançının ailəsi ilə birlikdə yay tətili zamanı ildırıma düşdüyü və dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Norveç Xizək Federasiyası yayımladığı bəyanatda Qronvoldun ölümünü təsdiqləyib və onun xizək idmanına verdiyi töhfələri yüksək qiymətləndirib.
Qeyd edək ki, Audun Qronvold arvadı və üç övladı ilə yaşayırdı. Onun ölümü Norveç idman ictimaiyyəti üçün dərin bir itki olaraq qiymətləndirilir.