13 İyun 2025, 12:10
DİGƏR
Bu gün Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokuna start veriləcək.
Matc.az xəbər verir ki, turnirdə 7 ölkədən 63 idmançı medallar uğrunda mübarizə aparacaq.
İlk yarış günündə qadın cütlükləri, kişi və qadın qrupları balans, kişi və qarışıq cütlüklər isə temp hərəkətlərində qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Dünya Kubokuna iyunun 15-də yekun vurulacaq.