Türkiyəli velosipedçi Mustafa Ayyorkun dünyasını dəyişib.

Matc.az xəbər verir ki, 21 yaşlı idmançı 31 may tarixində Təbrizdə keçirilən "2025 Tur of İran"ın sonuncu mərhələsində qəza keçirərək ağır xəsarət almışdı.

İdmançı 4 gündür xəstəxanada reanimasiya şöbəsində müalicə alırdı. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, gənc velosipedçinin həyatını xilas etmək mümkün olmayıb. Ayyorkun bu gün xəstəxanda vəfat edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest