Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva Monteneqroda təşkil edilən 20 yaşlı şahmatçılar arasında təşkil olunan dünya çempionatında gümüş medal qazanıb.

Matc.az xəbər verir ki, şahmatçımız XI turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb. Bununla xalını 8-ə çatdıran Ayan Allahverdiyeva dünya çempionatının gümüş medalına sahib çıxıb.

Qeyd edək ki, mundialda 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest