Turnirin ümumi mükafat fondu 30 000 manat təşkil edib.

“Nəfəs” İctimai Birliyinin həyata keçirdiyi, Qənirə Paşayevanın əziz xatirəsinə həsr olunmuş “II Beynəlxalq Şahmat Turniri” başa çatıb. Matc.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası və "Məmmədyarovlar" Şahmat Məktəbinin təşkilatçılığı ilə keçirilən bağlanış mərasimində millət vəkilləri, Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, Qənirə Paşayevanın ailə üzvləri, dostları iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Tamam Cəfərova, Günay Əfəndiyeva, Aydın Hüseynov, Arzu Nağıyev, “APA Media Group”un rəhbəri Vüsalə Mahirqızı Qənirə Paşayeva ilə bağlı xatirələrindən danışıblar.

Sonda Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq turnirin qalibləri mükafatlandırılıb. Rapid və blits üzrə təşkil edilən yarışın yekun nəticəsində Bolqarıstan təmsilçisi Nurgül Səlimova 25 xalla birinci yerə layiq görülüb. İki yarışın cəmində 22 xal toplayan Xanım Balacayeva ikinci yeri tutub. İlk üçlüyü 20 xalla Gövhər Beydullayeva bağlayıb.

Qeyd edək ki, turnir “Nəfəs” İctimai Birliyinin baş sponsurluğu ilə həyata keçirilib. Turnirin ümumi mükafat fondu 30 000 manat təşkil edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest