15 Dekabr 2024, 01:27
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				 
 
Sovet və Rusiya xizəkçisi, 4 qat Olimpiya, 7 qat dünya çempionu Raisa Smetanina insult keçirib.
Matc.az xəbər verir ki, bu barədə Komi Respublikasının (Rusiya) Xizək Yarışları Federasiyasının rəhbəri Konstantin Sobyanin məlumat verib.
Smetanina reanimasiyaya yerləşdirilib.
"O, təxminən bir həftə əvvəl insult keçirib, indi o, xəstəxanada reanimasiyadadır. Başqa məlumatım yoxdur, həkimlər heç nə demirlər", - deyə Sobyanin bildirib.
Qeyd edək ki, Smetaninanın 72 yaşı var.

            
 










