08 Oktyabr 2024, 00:58
DİGƏR
41 yaşlı rusiyalı idmançı Yelena Smirnova "Calella-Barcelona Ironman" yarışı zamanı dünyasını dəyişib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Naked Sport" paylaşıb.
Bildirilir ki, oktyabrın 6-da İspaniyada Dünya Triatlon Korporasiyasının (WTC) təşəbbüsü ilə uzun məsafəli triatlon yarışı keçirilib. Smirnovanın yarışın birinci mərhələsində, üzgüçülük zamanı səhhəti pisləşib. İdmançı dəniz xilasedicilərinə kömək üçün işarə verib, onlar dərhal idmançıya kömək edib və onu sudan çıxarıblar.
Xəstəxanaya çatdırılmazdan əvvəl idmançıya dərhal ilk tibbi yardım göstərilib. Lakin həkimlərin səyinə baxmayaraq, idmançı xəstəxanaya aparılarkən yolda təcili yardım maşınında dünyasını dəyişib.