27 Sentyabr 2024, 19:20
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				 
 
Gənclər arasında keçirilən dünya çempionatında yıxılaraq kəllə-beyin travması alan isveçrəli velosipedçi Muriel Furre vəfat edib.
Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Velosiped Federasiyasının mətbuat xidməti məlumat paylaşıb.
18 yaşlı idmançı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İsveçrənin Sürix şəhərində keçirilən mundial sentyabrın 29-da başa çatacaq.

            
 


_1762260863.jpg)







