16 İyul 2024, 16:17
FUTBOL
Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün titul sponsoru müəyyənləşib. Matc.az xəbər verir ki, çempionatın sponsoru ötən mövsüm olduğu kimi, yenə "Misli" şirkəti olacaq.
Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev məlumat verib.
O, Azərbaycan Premyer Liqasının püşkatma mərasimi zamanı 2024/2025 mövsümündə də liqanın titul sponsorunun "Misli" olacağını diqqətə çatdırıb.