Bu gün Almaniyada keçirilən 17-ci Avropa çempionatına yekun vurulub.

Matc.az xəbər verir ki, iyunun 14-də start götürən qitə birinciliyində final oyunu keçirilib.

Həlledici qarşılaşma Berlindəki Olimpiya stadionunda baş tutub. İspaniya millisi İngiltərə ilə üz-üzə gəlib.

İlk hissədə qapılara qol vurulmayıb. İspaniya ikinci hissəyə Uilyamsın 47-ci dəqiqədə vurduğu qolla başlayıb. Lakin 73-cü dəqiqədə Koul Palmer hesabı bərabərləşdirib. Mikel Oyarzabalın 87-ci dəqiqə vurduğu qol görüşün taleyini həll edib - 2:1.

İspaniya tarixində dördüncü dəfə Avropa çempionu olub. Bu, bütün komandalar arasında rekord göstəricidir. İspanlar AVRO-2024-dən əlavə 1964, 1984, 2008, 2012-ci illərdə də turnirin finalında çıxış ediblər. Bu dörd qarşılaşmadan üç görüşdə (1984-cü ildəki oyun istisna olmaqla) İspaniya qalib gəlib.

AVRO-2024
14 iyul
Final

İspaniya – İngiltərə - 2:1
Qollar: 
Niko Uilyams, 47, Mikel Oyarzabal, 87 // Koul Palmer, 73
Baş hakim: Fransua Leteksier.
Berlin, Olimpiya Stadionu.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest