"Mançester Yunayted" yeni qapıçı almağı düşünür. Matc.az xəbər verir ki, "qırmızı şeytanlar" Andre Onananın performansından da narazıdı.
Bu səbəbdən Premyer Liqa klubu qolkiper axtarışındadı. İlk namizəd isə "Atletiko"nun oyunçusu Yan Oblakdı. İngilislər tezliklə qarşı tərəflə rəsmi danışıqlar aparmağa hazırlaşır.
Qeyd edək ki, Yan Oblak 2014-cü ildən "Atletiko"nun qapısını qoruyur.