"Kəpəz" daha bir futbolçu ilə müqavilə bağlayıb. Matc.az xəbər verir ki, cinah yarımmüdafiəçisi mövqeyində oynayan gürcüstanlı Mate Kvirkviya ilə bir illik müqavilə imzalanıb.

"Kəpəz" daha bir futbolçu ilə müqavilə bağlayıb. Matc.az xəbər verir ki, cinah yarımmüdafiəçisi mövqeyində oynayan gürcüstanlı Mate Kvirkviya ilə bir illik müqavilə imzalanıb.
 
26 yaşlı futbolçu son olaraq "Qaqra" klubunun şərəfini qoruyub. 
 
Mate vətənində "Dinamo" (Tiflis) və "Torpedo" (Kutaisi) klubları ilə Gürcüstan çempionu olub. Müxtəlif yaş qrupları üzrə yığmalarda çıxış edib.
 
Gəncə təmsilçisi bu gün digər gürcü futbolçu Georgi Kantariya ilə də müqavilə imzalandığını açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest