“Qarabağ”ın Konfrans Liqasındakı rəqiblərindən olan “Kayrat” futbolçusu Vaqner Lav ilə yollarını ayıracaq. Matc.az xəbər verir ki, bu barədə Qazaxıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
İsveçrənin “Bazel” komandasına qarşı keçiriləcək Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci tur oyunu 37 yaşlı hücumçunun klubda son ev matçı olacaq. Oyunun final fitindən sonra Lav üçün vida mərasimi təşkil ediləcək.
 
Noyabrın 25-də keçiriləcək “Kayrat” – “Bazel” oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Qrupun digər matçında “Qarabağ” Kiprin “Omoniya” klubunu qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest