"çox yaxşı vəziyyətdə olduğumuzu hiss edirik". Matc.az xəbər verir ki, bunu "Olimpiakos"un baş məşqçisi Pedro Martins çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçiriləcək ilk oyunöncəsi mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis Pireydə baş tutacaq qarşılaşma ilə bağlı bu fikirləri səsləndirib: "Hər cəhətdən hazırıq. Futbolçularımız da gündən-günə fiziki cəhətdən daha hazırlıqlı durumda olurlar. Hər şey qaydasındadır, hazırlığımız plan üzrə getdi. "Neftçi" ilə matça hazırıq".
- Azarkeşlər sabah sizi tək qoymayacaq. Buna münasibətiniz necədir?
- Bu, bizim üçün çox sevindiricidir. Bir ildən çox idi ki, azarkeşsiz oynayırdıq. Bu da futbolçuları motivasiyadan salırdı. Sabahkı oyunda onların iştirakı çox vacibdir. Bunda köməyi olan hər kəsə təşəkkür edirik.