"Real" İspaniya La Liqasının 28-ci turu çərçivəsində bu gün "Selta" ilə qarşılaşacaq.
 
Matc.az xəbər verir ki, Madrid təmsilçisinin kapitanı Serxio Ramos sözügedən səfər matçını buraxacaq.
 
Bu barədə "Marca" nəşri məlumat yayıb. Ramos məşqçilər korpusunun qərarı ilə "Selta" matçında iştirak etməyəcək.
 
Ramos zədəsini yeni bərpa edib və baş məşqçi Zinəddin Zidan müdafiəçini oynadaraq, risk etmək istəmir.
 
Bu gün keçiriləcək "Selta" – "Real" matçına saat 19:15-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest