"Yuventus"un yarımmüdafiəçisi Rodriqo Bentankur koronavirusdan sağalıb.
Matc.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı uruqvaylı futbolçunun sonuncu koronavirus testinin nəticəsi mənfi olub.
Bentankurda martın 4-də koronavirus aşkarlanmışdı. O, bu müddət ərzində evində karantində qalıb.