Afrika Futbol Konfederasiyası (CAF) koronavirus pandemiyasına görə daha iki yarışın oyunlarını təxirə salıb.
Matc.az xəbər verir ki, söhbət Afrika çempionlar Liqasından və Konfederasiya Kubokunun oyunlarından gedir.
CAF-nin rəsmi saytının yaydığı məlumata görə, hər iki turnirin 1-3 may və 8-10 mayda keçirilməsi planlaşdırılan yarımfinal qarşılaşmaları qeyri-müəyyən müddətə təxirə salınıb.
Təxirə salınan oyunların yeni tarixinin daha sonra açıqlanacağı diqqətə çatdırılıb.