“Barselona” və İspaniya yığmasının cinah oyunçusu Lamin Yamal “Qızıl top” mərasimində ilin ən yaxşı gənc futbolçusu mükafatını aldıqdan sonra fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, mərasim Londondakı “Palladium” teatrında keçirilir.

19 yaşlı futbolçu çıxışında komanda yoldaşı Pau Kubarsini xüsusi qeyd edib. Yamal mükafatın Kubarsiyə verilməli olduğunu bildirib.

“Kaş ki, Kubarsi də burada olardı. Düşünürəm ki, bu mükafat ona verilməli idi. O, buna layiqdir və uzun müddətdir ki, inanılmaz səviyyədə çıxış edir. Klubuma və milli komandama təşəkkür edirəm. İşləməyə davam etməliyəm”, – deyə Yamal söyləyib.

Qeyd edək ki, mükafatın təqdimat mərasimi ilk dəfə Fransadan kənarda keçirilir. Londonun seçilməsi 1956-cı ildə ilk “Qızıl top” laureatı olmuş ingilis futbolçusu Stenli Metyuzun xatirəsinə hörmət ifadəsidir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest